"Fənərbaxça"dan qələbə, "Trabzonspor"dan xal itkisi

24 Sentyabr 2021 01:58 (UTC+04:00)

Türkiyə Superliqasında 6-cı tura yekun vurulub.

SİA Qol.az-a istinadən xəbər verir ki, sonuncu oyun günündə üç matç keçirilib.

“Konyaspor” – “Trabzonspor” görüşündə qalib müəyyənləşməyib. “Alanyaspor” “Kasımpaşa”ya 2:0, “Fənərbaxça” isə “Giresunspor”a 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 6 turdan sonra turnir cədvəlinə 14 xalla "Beşiktaş" başçılıq edir. "Trabzonspor" 14 xalla 2-ci, "Hatayspor" 13 xalla 3-cüdür.

23 sentyabr

"Konyaspor" – "Trabzonspor" - 2:2
Qollar:
Çekici, 20, 46 – Kornelius, 1, Hacıahmetoviç, 76

"Alanyaspor" – "Kasımpaşa" - 2:0
Qollar:
Karaca, 54, Davidson, 83

"Fənərbaxça" – "Giresunspor" - 2:1
Qollar:
Kadioğlu, 2, Özil, 64 – Dukara, 85