Nikol Riçi uğursuz hadisə ilə üzləşib

23 Sentyabr 2021 23:04 (UTC+04:00)

Amerikalı fotomodel və aktrisa Nikol Riçi ad gününə uğursuz hadisə ilə üzləşib. Belə ki o tortun üzərindəki şamları söndürmək istərkən saçları alovlanıb.

2000-ci illərin ilk yarısında çılğın həyatı ilə gündəmdə olan və evlənib uşaq sahibi olduqdan sonra sakit həyatına davam edən Nikol Riçi, 40 yaşını qeyd edərkən yaşadığı bu hadisənin görüntülərini sosial media hesabında yayımlayıb.

Məşhur müğənni həmin anları 5,2 milyon izləyicisi olan "Instagram" hesabında da paylaşıb. İfaçının bu paylaşımına qısa müddətdə 1,5 milyona yaxın baxış gəlib.

Xatırladaq ki, müğənni sənət fəaliyyətinə 2003-cü ildən başlayıb. Məşhur pop kralı Maykl Cekson onun xaç atasıdır.