Türkiyəli futbolçu "Barselona"da

23 Sentyabr 2021 22:45 (UTC+04:00)

"Barselona" Türkiyənin "Kayserispor" klubunun futbolçusu Emre Demiri heyətinə qatıb.

SİA xarici mətbuata istinadən 17 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalandığını bildirir.

Gənc oyunçu yeni komandasına bu mövsüm başa çatdıqdan sonra qoşulacaq.

"Barselona" bu keçid üçün qarşı tərəfə 2 milyon avro təzminat ödəyib.