Ceyhun Bayramov İvan Korcok ilə görüşüb

23 Sentyabr 2021 22:25 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyanın xarici işlər naziri İvan Korcok ilə görüşüb.

SİA-nın xəbərinə görə bu barədə Slovakiya XİN başçısı "Twitter"də bildirib.

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 76 sessiyası çərçivəsində baş tutan görüşdə Azərbaycan və Slovakiya xarici işlər nazirləri Cənubi Qafqaz regionundakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.

"Görüşdə iqtisadi əməkdaşlığının artmasına, siyasi dialoqa maraqlı olduğumuzu təsdiqlədik", -detə İvan Korcok qeyd edib.