Fanatik yəhudilər Əl-Əqsa məscidinin həyətinə girib

23 Sentyabr 2021 17:53 (UTC+04:00)

İsrail polisinin müşayiəti ilə yüzlərlə fanatik yəhudi Sukkot Bayramı münasibətilə işğal edilmiş Şərqi Qüdsün İçəri şəhərindəki Əl-Əqsa məscidinin həyətinə girib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Qüds İslam Vəqfləri İdarəsindən verilən açıqlamada, İsrail polisinin himayəsində olan 564 fanatik yəhudinin Məscidül-Əqsanın cənub-qərbindəki Əl-Magaribe (Mərakeş) qapısına girərək Hərəm-i Şərifə basqın etdiyi bildirilib. İsrail polisinin himayəsi altında olan yəhudi qrupun Haram-ı Şərifin həyətlərində dolaşdıqdan sonra Məscidül-Əqsanı tərk etdiyi qeyd edilib.