Gəncədə yarışlara başlanıldı - VİDEO

23 Sentyabr 2021 16:13 (UTC+04:00)

Uşaq-Gənclər Şahmat-İdman məktəbində baş tutan yarışın açılış mərasimində uzun müddətdən sonra ənənəvi formada bu cür birinciliklərin keçirilməsinin sevindirici hal olduğu ifadə edilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Vətən müharibəsi barədə danışan çıxışçılar 44 gün müddətində ordumuzun tariximizdə şanlı zəfər qazandığını bildiriblər. Rəsmi hissənin ardından yarış başlayıb. Mübarizələrdə həm oğlan, həm də qız olmaqla 80-dən çox iti zəka sahibi iştirak edib. Birincilik pandemiyadan sonra keçirilən ilk şahmat yarış olub. Yarış şahmatçıların bacarığına görə 3 – A, B və C qrupları üzrə reallaşıb. Yarışda hər qrup üzrə ilk 3 yeri tutanlar diplomla təltif edilib. Tədbirlər planına uyğun olaraq şahmatla yanaşı 27 sentyabr anım günü ilə əlaqədar futbol və dama yarışlarının keçirilməsi də planlaşdırılır.