“Diqqət, uşaqlar!” - VİDEO

23 Sentyabr 2021 16:04 (UTC+04:00)

DİN-in müvafiq göstərişinə əsasən, Qazax rayon polis şöbəsinin DYP əməkdaşları tərəfindən sentyabrın 20-dən oktyabrın 20-dək ölkə ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığına başlanılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, tədbir çərçivəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlərin gücləndirilməsi ilə yanaşı, rayonda mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla təhsil işçiləri, valideynlər və ictimai təsisatlarla birgə təhsil alanlar arasında maarifləndirmə və təbliğat-təşviqat işinin daha da canlandırılması nəzərdə tutulub.

Qeyd edək ki, Qazax RPŞ-nin DYP-nin rəisi Vüqar Məmmədov, bölmənin təbliğat-təşviqat üzrə inspektoru Babək Həsənov, məktəbin müəllimləri, valideynlər, şagirdlər və KİV nümayəndələrinin iştirakı ilə bu gün Qazax şəhər 2 saylı tam orta məktəbində görüş baş tutub. Yol Polisi bölməsinin rəhbərliyi həmçinin yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində hər bir vətəndaşı ictimai iştirakçılığa və yol hərəkəti qaydalarına riayət etməkdə azyaşlılara şəxsi nümunə olmağa dəvət edib.