Bülbülün Şuşadakı ev muzeyinə direktor təyin edilib

23 Sentyabr 2021 15:32 (UTC+04:00)

Fəxrəddin Hacıbəyli Bülbülün Şuşadakı ev muzeyinə direktor təyin olunub.

Mədəniyyət Nazirliyindən SİA-ya verilən məlumata görə, bu barədə mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev muzeyinin bərpa işlərindən sonra açılışı olub.