Əli Kərimli separatizmin carçısı rolunda TƏRS BAXIŞ

23 Sentyabr 2021 15:03 (UTC+04:00)

AXCP sədri bu istiqamətdə lokomotiv rolunu oynayır

Artıq kifayət qədər sübuta yetirilib ki, azərbaycançılıq ideologiyası xalqımızın və müstəqil dövlətimizin birliyini, möhkəmliyini təmin edən əsas amillərdəndir. Milliyyətindən, dini baxışlarından, mədəni mənsubiyyətindən asılı olmayaraq, xalqımızın birliyini, həmrəyliyini, əslində, bəşəriyyət gördü, bu danılmaz reallığın şahidinə çevrildi. 44 günlük Vətən müharibəsində bir daha görmüş olan dünya birliyi, əslində, Azərbaycandakı birlik-bərabərlik faktorunu həm də özünə bir nümunə, etalon kimi qəbul etdi.

O da sirr deyil ki, bu qələbə anti-Azərbaycan dairələri hazırda da ciddi narahat edir. Bu səbəbdən də ölkəmizə qarşı müxtəlif formalarda qara piar aparılır, cəmiyyətdə çaşqınlıq, ümidsizlik yaratmaq, insanları ruhdan sala bilmək və bu əsasda separatizm meyillərini gücləndiməyə çalışanlar hər vəchlə kirli ideyalarını həyata keçirməyə cəhdlər göstərirlər.

AXCP sədrinin zəhər girdabında onun tələsinə düşmüş gənclər də batmaqdadırlar

Lakin bu kimi yaramaz, iyrənc, xəyanətə söykənən anti-milli cəhdlərdə başda gedənlərdən biri və birincisi məhz AXCP sədri Əli Kərimlidir. Həm şəxsi mənafelərinin təmin olunması baxımından, həm də xarici ağalarının əlində siyasi oyuncağa çevrilməklə.

Təəssüf ki, AXCP sədrinin zəhər girdabında onun tələsinə düşmüş gənclər də batmaqdadırlar. Son günlər, xüsusilə hazırkı həssas məqamlarda Əli Kərimli xaricdəki anti-Azərbaycan dairələrdəki ağalarından yeni tezislər alır və trolları vasitəsi ilə fəaliyyətə başlayıb. Xüsusilə, separatçılıq toxumlarının səpilməsi yönündə cəbhəçi sədr və trolları necə deyərlər, əl-ayağa düşməyə başlayıblar. Bu xainlər yığnağı şüuraltı olaraq cəmiyyətdə etnik, dini, mədəni ayrı-seçkilik fikirləri formalaşdırmağa çalışır, buna aid olan heç bir məsələ və hadisə olmadığı halda cəmiyyətdə ayrı-ayrı millətlərin nümayəndələrinə qarşı “basqı”, “təzyiq”, “ayrı-seçkilik”, “etnik sıxışdırılma” tipli vəziyyətlərin yaradılması təəssüratını yaratmağa çalışırlar.

Əli Kərimli, İlham Hüseyn, Səadət Cahangir, Qənimət Zahid, Sevinc Osmanqızı...

Bəs daha kimlərdir onlar? Əldə etdiyimiz məlumata görə, bu işdə Əli Kərimlinin trolbaşılarından olan İlham Hüseyn, Səadət Cahangir, Qənimət Zahid, Sevinc Osmanqızı və eləcə də digərləri xüsusilə seçilirlər. Onlar öz xəyanətkarlıq məqsədləri daşıyan statuslarında separat meyilləri sətraltı tərzdə insanların şüuruna yeritməyə cəhdlər göstərirlər. Nəticədə, başda AXCP sədri Əli Kərimli olmaqla cəbhəçilərin bu əməllərindən bir daha bəlli olur ki, bu manqurtlaşmış dəstənin xislətləri heç vaxt dəyişməyəcək. Hətta qəbir belə onların bellərindəki “qozu” düzəldə bilməz. Elə isə artıq bu kimi meyillərin qarşısının alınması üçün hüquq-mühafizə orqanlarının hərəkətə keçməsi tələbi yaranmağa başlayır. Necə deyərlər, ilanın başını yuvasında əzmək gərəkdir!

Rövşən RƏSULOV