Oskar mükafatlı aktyor ət istehsalı ilə məşğul olur

23 Sentyabr 2021 14:45 (UTC+04:00)

İqlim fəalı kimi tanınan 46 yaşlı Oskar mükafatlı aktyor Leonardo Di Kaprio, laboratoriya ət istehsalı ilə məşğul olur. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, Hollandiya və İsraildə yerləşən iki sahibkarlıq şirkətinə sərmayə qoyub.

Bu şirkətlər heyvan zülalından ət istehsal edəcək. Məqsəd, heyvandarlığın səbəb olduğu qlobal istiləşməni idarə etməkdir.

Ayşən Vəli