Xızı polisi əməliyyat keçirib FOTO

23 Sentyabr 2021 11:43 (UTC+04:00)

Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanılması, satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan SİA-ya verilən məlumata görə, RPŞ əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Samir Qayıbov, İmran Bağırov, Müslüm Əhmədov, Rəşad Quliyev, Orxan Ələkbərov və Əsgərəli Rzayev saxlanılıblar.

Həmin şəxslərin üzərlərinə və yaşadıqları evə baxış keçirilən zaman xeyli miqdarda “patı”, “şüşə” adlanan narkotik vasitə metamfetamin, heroin və marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı RPŞ-də cinayət işi başlanılıb.