Koronavirusdan ölənlərin sayı 5 200-ə yüksəlib - ERMƏNİSTANDA

23 Sentyabr 2021 11:38 (UTC+04:00)

Ermənistanda daha 939 nəfər COVID-19-a yoluxub. SİA xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 255 648-ə çatıb. Son sutkada koronavirusdan 19 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 5 200-ə yüksəlib.

Koronavirusa yoluxan 237 855 nəfər sağalıb. Hazırda 11 396 pasiyent müalicə olunur.