Daha 47 nəfər COVID-19-dan ölüb - GÜRCÜSTANDA

23 Sentyabr 2021 10:52 (UTC+04:00)

Gürcüstanda son sutkada koronavirusa 1 653 yeni yoluxma halı təsdiqlənib, 2 646 nəfər müalicə olunaraq sağalıb, 47 pasiyent vəfat edib. SİA-nın məlumatına görə, hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 602 065 nəfərdə aşkarlanıb. Onların 570 443-ü sağalıb, 8 711-i vəfat edib.

Bu günə olan aktiv xəstə sayı 22 885 nəfərdir.