FES baza faiz dərəcəsini yenə dəyişməz saxlayıb

23 Sentyabr 2021 02:11 (UTC+04:00)

ABŞ-ın mərkəzi bank rolunu oynayan Federal Ehtiyatlar Sistemi (FES) sentyabr iclasının nəticələrinə əsasən, baza faiz dərəcəsini illik 0-0,25 faiz səviyyəsində saxlayıb.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin məlumatında deyilir. Qərar əksər analitiklərin də proqnozlarına uyğun olub.

Tənzimləyici 2020-ci ilin mart ayında iki dəfə planlaşdırılmadan illik dərəcəni 0-0,25 faiz səviyyəsinə endirdikdən sonra artıq 12-ci dəfədir ki, əsas dərəcəni saxlayıb. Bundan əvvəl belə bir nisbət 2008-ci ilin dekabrından 2015-ci ilin dekabrına qədər qeydə alınmışdı. FES koronavirus pandemiyasının ağır iqtisadi təsirinə cavab olaraq faiz dərəcəsini azaltmağa qərar verib.

FES-in növbəti iclası noyabrın 3-də olacaq.