Özbək vəzifəlilər avtomobillərdən imtina etdilər...

23 Sentyabr 2021 01:50 (UTC+04:00)

Ötən gün Özbəkistanda Beynəlxalq Avtomobilsiz Gün kimi qeyd edilib. Həmən gün Daşkənd küçələrində velosiped sürən Özbəkistan Baş nazirinin müavini Aziz Abduhakimov səlahiyyətli dostlarını ondan nümunə götürməyə çağırıb.

Bu barədə özbək mətbuatında məlumat verilir. Qeyd edildiyi kimi, hökumət sözçüsünün müavini, bütün nazirlik və idarə rəhbərlərini həftədə ən azı bir dəfə velosiped sürməyə dəvət edib.

Özbək mətbuatı artıq Aziz Abduhakimovun xeyli davamçısının meydana çıxdığını bildirir.

Nazlı