3 milyon dollar dəyərində bulka

23 Sentyabr 2021 01:12 (UTC+04:00)

3 milyon dollar dəyərində təmiz qızıldan olan avokadalı bulka Berlin incəsənət həftəsinin əsl sensasiyasına çevrilib.

"Kim əbədi yaşamaq istəyir?" adlı sənət əsəri alman rəssamı Tim Bengelin yeni işidir. Eksponat 18 karat qızıldan olan 27 ayrı hissəciklərdən ibarətdir. Bengelin sözlərinə görə, usta öz işi ilə "bizim nəslin zamanının ruhunu əks etdirmək" istəyib.

"Sosial şəbəkələrdə böyük populyarlığa görə avokadodan daha yaxşı bir simvolik meyvə yoxdur", - deyə Bengel əlavə edib.

Eksponat üçün maket olan real bulka sayəsində ən böyük realizm əldə edilib. Məmulat 3D formada skan edilib, sonra isə üzərinə təxminən 10 kiloqram maye qızıl tökülüb.

Tezliklə, bu qeyri-adi eksponatı digər sərgilərdə, Mayamidə, ola bilsin İngiltərə və Rusiyada da görmək olar.

Rəssam həmçinin "Roth"qalereyası vasitəsi ilə qızıl bulkanın potensial alıcıları ilə də danışıqlar aparır.

Məmulat özü hərraca çıxarılmayacaq və onun qiyməti müzakirə olunmur.