Kişiliyin EDAMI...

22 Sentyabr 2021 14:08 (UTC+04:00)

Beşikdən məzara qədər hər bir azərbaycanlının qanında, canında daşıdığı kişilik meyarının, özündən zəifə əl qaldırmamaq və onu qorumaq, ən qatı düşmənin belə namusuna sahib çıxılan, məşhur fransız səyyahı Aleksand Dümanın biz azərbaycanlılar haqqında söylədiyi “ağızdan çıxan hər kəlmənin min möhürdən etibarlı olduğu”, ailə dəyərlərinin uca tutulduğu zamanlar. Xatırladınızmı?,- retroya çevrilən zamanlar...

Kişi qeyrətinin, qadın ar-namusunun HEÇ VAXT milyonlara dəyişdirilmədiyi, ən bahalı dəyər kimi göz bəbəyi kimi qorunduğu zamanlar... Bu yazdıqlarım hansısa əfsanə, rəvayət deyil, bir xalqın ən yaxın keçmişidir. Lap aydın ifadə edim: yuxarıda sadaladıqlarım bilirsiniz nədir?,- bu gün EDAM edilən milli dəyərlər sistemimizdir, geylərin, transların, nə bilim qadınlıq həyasını 13-14 yaşında ayaqlar altına atıb, bu gün efirlərdə müasir fahişəliyi reklam edənlərin həşərat kimi canına daraşıb məhv etdikləri MİLLİ KİMLİYİMİZDİR!

Mən açıq, düzü düz, əyrini əyri yazmağın həmişə keşiyində durmuşam. Ona görə ki, yüz illər sonra bu gün yazacağım yalançı təriflər yox, gerçək HƏQİQƏT xatırlanacaq. Biz mütləq həqiqəti yazmalyıq ki, gələcək nəsillərə baş verənləri, olub-keçəni, xüsusilə milli qüsurlarımız barədə düzgün olanı çatdıraq. Yalan və saxta yazdıqların daima sənə lənət oxutduracaq, bu mübahisəsiz gerçəklikdir. Niyə milli qüsurlarımızı xüsusilə qeyd edirəm?,- çünki milli qüsurlarımızı qəbirə yuvarlanan qoca kimi ört-basdır etməklə, əslində, gələcək nəsillərə üzəri basdırılmış üfunətli zibillik “hədiyyə” etməli olacayıq. Bu isə əsl bağışlanılmaz cinayətdir, əfv olunmayacaq cinayət...

Rəhmətlik Məhəmməd Füzuli, Nizami Gəncəvi, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov və digər nəhəng ədiblər hey milli qüsurlarımızdan yazıb düzəlməyimiz üçün bar-bar bağırırdılar. Ah-aman edib bu qüsurlara son verməyə şağırırdılar, amma çi fayda, olmadı ki, olmadı!

Yox, olmadı, biz yenə yüz illər öncəki milli qüsurlarımızı özümüzlə bu günlərə, - düz iyirmi birinci əsrə qədər gətirib çıxaran kəslərik. Yenə özündən zəifi əzmək, kasıb-kusubun boğazını kəsmək, başqasının haqqını qamarlayıb əlindən almaq, qanuna nifrət edib, rüşvətlə min bir işi “aşırmaq” ənənəsi, kütbeyinlərin kreslolara daraşması, bəəəə-lərin, mooo-ların dəyərli insanları günlərlə qapı arxasında gözlətməsi, özündən asılı salmağı elə bu günümüzdə də bizim “yanımızdadır”.

Biz faytondan “Bentley”ə, “Rols-Rolce”ə atladıq, internet, sosial şəbəkə əsrinə gəldik, amma bu qüsurlar da internet əsrində belə, şüurlarımızda özünə möhkəm yer edib. Ata bilmirik başımızdan bu qüsurlu düşüncəni, sanki gənə kimi daraşıb qanımıza, gələcəyimizi də, dəyərlərimizi də alır əlimizdən. Gələk əsas MƏTLƏBƏ.

Mətləb də odur ki, rəzil vəziyyətdə olan efirlərimizdən bir də KİŞİLİK DƏYƏRLƏRİMİZ barədə rüsvayçı şoular baş alıb gedir. Efirlərdə təşkil edilən rəzalət dolu “şoular” elə bil həddə çatıb ki, kişilik dəyərlərinin bilərəkdən gözdən salınması adi hala çevrilib. Təsəvvür edin ki, arvadı evdən qaçan “kişi” efirə çıxıb həftələrdir küçələrdə sürünən “qaçaq arvadının” ayaqlarına sarılır, onu yenidən qəbul etdiyini elan edir, biri qatarda arvadının başqası ilə “yatdığı” barədə anons verir, üstəgəl də bunun müasir sevgi və “ailə” anonsu olduğunu təbliğ edir.

Hələ mən gey, mavi xəstələrin, küçə fahişəsi olan əxlaqsız “şoumen gözəlçələrin” efirlərdə kişiliyi gözdən salan alçaq hərəkətlərini demirəm. Açıqdan açığa bu xalqın min illərdir günümüzə gəlib çatan KİŞİLİK RUHU qəsdli şəkildə ayaqlar altına atılır, əvəzində yeniyetmə gənclərə gey və mavi xəstələrin alçaqlıqları nümunə kimi göstərilir. Əzizlərim biz elə bir faciə ilə üz-üzəyik ki, bunun miqyası və tərifi yoxdur. Qarabağı 30 il sonra döyüşlə qaytara bildiksə, mənəvi dəyərlərimizi geri qaytarmağımız mümkünsüzdür!

Min illərdir ki, ata-babalarımzdan bizə gələn mənəvi dəyərlərimiz bu gün geylərin, ləçərlərin dar ağacından asılıb. KİŞİLİYİMİZƏ və DƏYƏRLƏRİMİZƏ sahib çıxaq, sabah çox, lap çox gec olacaq...

Mətləb Salahov