Qazax sakini minaya düşərək ölüb

22 Sentyabr 2021 13:49 (UTC+04:00)

Qazax sakini minaya düşərək ölüb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Hadisə rayonun Bala Cəfərli kəndində qeydə alınıb. Belə ki, rayonun Xanlıqlar kənd sakini, 1988-ci il təvəllüdlü Məmməd Mərdanov rayonun Bala Cəfərli kəndində minaya düşərək həlak olub.

Faktla bağlı araşdırma aparılır.