"Qoy düşmənlərimiz papaqlarını qabağına qoyub düşünsün" - DEPUTAT ŞƏRH ETDİ

22 Sentyabr 2021 11:53 (UTC+04:00)

“Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təlimi həm hərbi, həm də siyasi baxımdan çox önəmli bir hadisədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Rasim Musabəyov deyib.

"Bunun hərbi əhəmiyyəti haqqında hərbçilər daha yaxşı bilər. Mən daha çox məsələnin siyasi əhəmiyyətindən danışmaq istərdim" - deyə Rasim Musabəyov deyib. Deputat bu haqda fikirlərini belə izah edib: "Əgər “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təliminin siyasi əhəmiyyətindən danışsaq, deyə bilərik ki, Türkiyə-Azərbaycan müttəfiqliyinin, qardaşlığının əməli göstəricisidir. Yəni bütün bunlar sözdə qalmayır. Bununla dostlarımız və bizə müttəfiq ölkələr sevinir. Bizim şadlığımıza şərik olur. “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təlimi bununla yanaşı, düşmənlərimizi ciddi narahat edir. Bu təlim düşmənlərimizə görk olmalıdır. Qoy, düşmənlərimiz papaqlarını qabağına qoyub düşünsün.