Pablo Pikassonun əsərləri kimə bağışlanacaq?

22 Sentyabr 2021 00:31 (UTC+04:00)

Tanınmış ispaniyalı rəssam Pablo Pikassonun qızı Maya Pikasso Fransa hökumətinə atasının 9 əsərini bağışlayacaq.

Xarici media xəbər verir ki, bu barədə Fransanın mədəniyyət naziri Rozlin Başlo-Narken məlumat verib.

Burada söhbət altı rəsm əsərindən, şəkilli albomdan, heykəl və etnoqrafik sənət əsərindən gedir. Mətbuat konfransında jurnalistlərə yalnız bir əsər - kubizm üslubunda hazırlanmış "Oturacaqda şirniquş yeyən uşaq" (1938) göstərilib. Əsərlərin ən qədimi 1895-ci ilə aiddir. Bu, Pablo Pikassonun atası Don Xose Ruisonun portretidir. Əsərlər geniş ictimaiyyətə 2022-ci ilin aprelində təqdim olunacaq.

Pablo Pikasso XX əsr incəsənətinin ən tanınmış şəxsiyyətlərindən biri Jorj Brakla birlikdə üçsəthli cismin orijinal tərzdə bir yerdə yerləşdirilmiş səthlər sırası kimi təsvir edildiyi kubizm cərəyanının banisidir. Ən məşhur əsərləri sırasında erkən-kubist "Avinyonlu qızlar" (Les Demoiselles d'Avignon, 1907) və İspaniya vətəndaş müharibəsi zamanı dinc Gernika şəhərinin alman Kondor Legionu tərəfindən bombalanmasına həsr edilmiş "Gernika" (Guernica, 1937) əsəridir.