"Peşman deyiləm"

21 Sentyabr 2021 19:10 (UTC+04:00)

Avstraliya baş naziri Morrison Fransa ilə bağlı açıqlama verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Fransa ilə müqavilənin ləğv edilmə qərarını müdafiə edən və Avstraliyanın strateji maraqlarını qorumalı olduğunu vurğulayan Morrison bunları deyib: “Avstraliyanın milli maraqlarını birinci yerə qoymaq qərarından peşman deyiləm və heç vaxt olmayacağam".