Ölənlərin 99 faizi peyvənd edilməyənlərdir

21 Sentyabr 2021 17:24 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris açıqlama yayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, açıqlamasında yeni növ koronavirus (Kovid-19) peyvəndinə qarşı çıxan insanların məlumatı sosial mediadan deyil, etibarlı mənbələrdən almalı olduqlarını vurğulayıb və epidemiya səbəbindən ölənlərin 99 faizinin peyvənd edilməyənlər olduğunu söyləyib.