Sosial media hesabı sındırılan 90-cı illərin məşhur adlarından biri olan Sibel Bilgiç, izləyicilərini fırıldaqçılara qarşı xəbərdar edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, "İnstagram" səhifəsində başına gələnləri sevgililəri ilə bölüşüb: "Əziz İzləyicilər, səhifəm bir neçə həftə əvvəl hakerlər tərəfindən ələ keçirildi. Mənim adımdan saxta mesajlar göndərildi. Xahiş edirəm sosial mediada bu cür əsassız qumar yazılarına inanmayın və ən yaxınınız olsa belə göndərilən linklərə daxil olmayın".
Ayşən Vəli