Aktrisa Kaan Yıldırımdan ayrıldıqdan qısa bir müddət sonra iş adamı Mehmet Dinçerlerə aşiq olan Hadisə Açıkgöz, sevgisini bütün gücü ilə yaşayır. SİA xarici mətbuata istinadən xəbər verir ki, müğənni həftə sonu Şimali Kipr Türk Cümhuriyyətində konsert verib. O, konsertində pərəstişkarlarına ürək açıb.
Hadisə "Rəqqas yoldaşlarımdan ikisi ata oldu. Mən isə hələ ailə qurmamışam" dedi.
Uşaq istədiyini dilə gətirən müğənni sözlərinə davam etdi: "Allah icazə versə, uşaq sahibi olmaq istərdik".
"İnstaqram" hesablarından ayrı şəkillər paylaşan yeni cütlüklərdən olan Hadisə sevgilisinə verdiyi pozanı və "Bu gülüş mənim, amma səbəb sənsən" mesajını yazıb.
İş adamı Mehmet Dinçerler, Tulumda qaldıqları otelin eyvanından kürəyini Hadisəyə çevirib şəkil çəkdirdi və bu şəkli izləyiciləri ilə paylaşmağa da laqeyd yanaşmayıb.
Ayşən Vəli