"1992 Miss Türkiyə" gözəli Özlem Kaymazın hollandiyalı keçmiş həyat yoldaşı Vatze de Vriesdən olan qızı Tara de Vries keçən il ilk sevgilisi Hasan Tansu ilə ayrılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, avqustun sonunda onun adı həm Mahsun Kırmızıgülün oğlu Mahmut, həm də iş adamı Öncü Sönmezlə birlikdə çəkilib.
Söz-söhbətlərə güldüyünü söyləyən Tara de Vries dünən "İnstaqram" paylaşımı ilə izləyicilərini güldürüb.
O, fotonun altına "Nəhayət məni daşıyacaq birini tapdım" yazıb.
Ayşən Vəli