Sabah hava necə olacaq? - PROQNOZLAR BÜROSUNUN DİREKTORU AÇIQLADI

21 Sentyabr 2021 12:38 (UTC+04:00)

“Yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir”. Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, lakin 22 sentyabr səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur: “Zəif cənub-şərq küləyi əsəcək. Havanın tempraturu 25-28 dərəcə isti olacaq”.

Gülşad Məmmədova sözlərinə belə davam edib: “Bölgələrdə də, əsasən, yağmursuz hava şəraiti gözlənilir. Lakin 22-si axşamdan 23-ü gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir”.

“Ayrı-ayrı yerlərdə isə yağıntının intensiv olacağı ehtimal olunur. Havanın temperaturu 30-34, dağlıq ərazilərdə isə 16-21 dərəcə isti olacaq”.

Ayşən Vəli