Kanar adalarında vulkan püskürməsi

20 Sentyabr 2021 22:21 (UTC+04:00)

İspaniyanın Kanar arxipelaqına daxil olan Palma adasında (Atlantik okeanı) Palma adasında vulkan püskürməsi başlayıb.

Vulkandan püskürən lavaların ətrafa yayıldığı və evlərə tərəf irəlilədiyi bildirilib.

Adanın Kumbre-Vyexa vulkan silsiləsindəki nöqtələrdən birində qara və ağ tüstü müşahidə edilir. 85 minədək insanın yaşadığı adada son günlər seysmoloji aktivlik güclənib, təxminən bir həftə boyu yüzlərlə aşağı maqnitudalı zəlzələlər qeydə alınıb.

Hakimiyyət orqanları ehtiyat tədbirləri qismində episentrə yaxın ərazidəki kəndlərdən 5 min nəfərin təxliyəsinə başlayıb. Təcili xidmətlər lazım gəldiyi təqdirdə minədək insanı təxliyə etməyə hazır olmaq tapşırığı alıb.

Adada təhlükə səviyyəsi qırmızıya qaldırılıb, regional yollar bağlanıb.