“Emmy mükafatları”nın qalibləri

20 Sentyabr 2021 22:09 (UTC+04:00)

“Tac”, “Ted Lasso” və “Kraliçanın addımı” serialları “Emmy mükafatları”nın qalibi seçilib.

73-cü mükafatlandırma mərasimi ötən gün Los-Ancelesdə keçirilib.

“Tac” 24 kateqoriya üzrə namizədliyini irəli sürərək ümumi nominasiyalar arasında liderliyini saxlayıb. Bu filmlə bərabər ən yaxşı faciəvi serial adı uğrunda “Mandalorian”, “Qaqalar”, “Bridcerton”, “Qulluqçunun nağılı”, “Lavkraft ölkəsi”, “Duruş”, “Bu bizik” ekran əsərləri mübarizə aparıb.