YAP Yasamal rayon təşkilatının rəhbərliyi şəhid məzarını və ailəsini yad ediblər FOTOLAR

20 Sentyabr 2021 18:42 (UTC+04:00)

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin Yasamal rayonu üzrə deputatı Elnur Allahverdiyev və YAP Yasamal rayon təşkilatının əməkdaşları şəhid əsgər Salahov Elvin Sabir oğlunun məzarını ziyarət edib əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhidin ailəsini ziyarət edib Azərbaycanın suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Salahov Elvinə Allahdan rəhmət, ailə üzvlərinə isə səbr dinləyiblər. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, qazi və şəhidlərimizin cəsarəti bizə bu böyük qələbəni gətirdi. 44 günlük mühatibədə əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıq dünya ölkələrində danışılır, hərbi məktəblərində öyrənilir. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət şəhidlərimizə, Vətən müharibəsi qəhrəmanlarına, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsidir. Daha sonra Deputat Elnur Allahverdiyev deyib ki, bu şanlı tarixi Qələbəyə öz töhfəsini verən şəhidlərimizin, o cümlədən şəhid Elvin Sabir oğlunun xatirəsinin daim qəlblərdə yaşayacağını vurğulayıb və Şəhidin ailəsinə vətənpərvər övlad yetişdirdiklərinə görə təşəkkür edib. Deputat qeyd edib ki, dövlətimizin diqqəti hər zaman şəhid və qazi ailələrinin üzərindədir. Şəhidin atası Sabir Salahov öz növbəsində bildirib ki, Cənab Prezident İlham Əliyevin və vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlilləri və onların ailə üzvlərinə göstərdiyi diqqət və qayğı hər zaman yüksək dəyərləndirilib. Şəhidlərin xatirəsi daim uca tutulur, şəhid ailələri isə dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub. Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən şəhid Salahov Elvin Sabir oğlu ölümündən sonra "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" , "Vətən uğrunda" , "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!