Prezident İlham Əliyev Rusiya dövlət başçısına başsağlığı verib

20 Sentyabr 2021 18:19 (UTC+04:00)

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Prezidentin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, Prezident İlham Əliyev Perm şəhərində baş vermiş hadisə nəticəsində həlak olanlarla bağlı Vladimir Putinə başsağlığı verib.

Rusiya Prezidenti başsağlığına görə təşəkkürünü bildirib.