Pfizerdən açıqlama

20 Sentyabr 2021 17:41 (UTC+04:00)

Pfizer və BioNTech-in açıqlamasında II və III klinik sınaqlarda peyvəndin 5-11 yaş arası uşaqlarda əvvəllər 16-25 yaşlarında müşahidə etdikləri ilə uyğun gələn bir immun reaksiya doğurduğu bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada təcili olaraq təqdim etməyi planlaşdırırıq deyə qeyd olunub.

Pfizer CEO-su Albert Bour açıqlamada bunları deyib: "İyuldan bəri ABŞ-da pediatrik "Covid-19" yoluxması təxminən 240 faiz artıb, buna görə də, apardığımız sınağı FDA və digər tənzimləyicilərə təqdim etməyi planlaşdırırıq" .