İkinci il qeyd etdilər

20 Sentyabr 2021 16:23 (UTC+04:00)

Məşhur müğənni Ziynet Sali ötən axşam Ayazağada "Turkcell Vadi Open Air"də konsert verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, fırtına, dolu və yağışa baxmayaraq səhnəsini ləğv etməyən Sali, açıqlama verib.

O, “Biletlər konsertdən əvvəl satılıb. Bu vəziyyətdə gecikdirə bilmərik. Dolu və şimşək çaxmasına baxmayaraq musiqinin dayanmasına imkan verməyin”.

Gitarist həyat yoldaşı Erkan Erzurumlu ilə ikinci evlilik ildönümünü qeyd edən Sali, “Bu axşam yenidən səhnədə bir yerdəyik. Musiqi və sevgi ilə davam edirik" deyib.

Ayşən Vəli