Ermənilər hələ də Türkiyədən “əlaqə” gözləyirlər...

20 Sentyabr 2021 16:08 (UTC+04:00)

...Bu dəqiqə, Ermənistan, həsədlə də olsa, gedən qatarın arxasınca boylanıb özündən nağıl uyduranlarla doludur. Təbii ki, sonda onların ittiham obyektləri birdir: Nikol Paşinyan.

Məsələn, onlara görə, əgər xalq üç il əvvəl Nikolun yağlı vədlərinə inanıb onu hakimiyyətə gətirməsəydi, bu gün Azərbaycan nə Ermənistanı, nə də “artsax”ı belə zəlil günə qoymazdı.

...Əgər erməni xalqı 3 il əvvəl “ağıllı tərpənib” Nikolun “erməni inkişafı” barədə dediklərini “qoltuğuna verib” geri qaytarsaydı, bu gün Türkiyənin bu ərazilərdəki hərbi iştirakı yalnız quru təlimlərində deyil, həm də Xəzər dənizinə çatmazdı. Təsadüfi deyil ki, bu gün “artsax” ərazisində dalğanan hər Azərbaycan bayrağının yanında, yeni bir Türk bayrağı da “lövbər salıb”.

...İndi “erməni yazıq” buna necə dözüb, “tab gətirsin..?

...Deyim ki, bu barədə Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan öz “Facebook” səhifəsində yazır.

Qeyd edilməlidir ki, erməni hakimiyyətində olarkən elə də “qaraltılı bir əməli ilə yadda qalmayıb” Zakaryan bu dəfə əntiqə, deyərdim lap, filosoflara layiq fikirlər sərgiləyir.

Məsələn, o deyir ki, Qərb Nikolun nə çatma qaşına, nə də keçəl başına “aşiq olduğu” üçün onu gətirib erməni hakimiyyətində oturtmamışdı. Nikol Qərbə Ermənistanı regional oyundan çıxarmaq, Rusiyanı sıxışdırmaq və Türkiyənin şərqə yolunu açmaq üçün lazım olanın biri idi. Ona görə də ilk olaraq, Nikola hakimiyyət verildi, xalq ona inanıb onu əzizlədi, onun üçün “cəngə” qalxdı və...bu da axırı.

...Zakaryana görə, Ermənistandakı vəziyyət bu gün, doğrudan da, gərgindir. Belə ki, artıq Syunuk də yavaş-yavaş ermənilərin əlindən gedir. Ümidimiz bir ruslara idi ki, görünür, onlar da vəziyyəti gərginləşdirməkdən ehtiyatlanırlar. Ona görə də vəziyyəti sabitləşdirməyə çalışıb, balans rolunu oynayırlar.

Sabiq “hərbçiyə” görə, amma bu gün ermənilərə bir şey gün kimi aydın olub ki, əgər Nikol hakimiyyətdə olmasaydı, “artsax”a qarşı müharibədə Türkiyənin birbaşa iştirakı da olmazdı. Yəni Türkiyə olmasaydı, Azərbaycan “qəhrəman erməni xalqına da heç vaxt qalib gələ bilməzdi”(?)... “artsax” əldən getməyib yerində qalardı...

Zakaryan burada bir şeyə də əminlik bildirir...ona görə, nə qədər ki, Nikol erməni hakimiyyətindədir, o yenə də Türkiyə və Azərbaycanla “birləşib” Ermənistan və erməni xalqına qarşı işləyəcək.

Zakaryana görə, Nikolun ruslara onların Ermənistandakı hərbçilərinə qarşı sərgilədiyi “pis münasibət” də ermənilərin "sonunu yaxınlaşdıran” amillərdən biri kimi qəbul edilməlidir.

...Maraqlıdır, görən Zakaryan doğrudanmı, gənc qızlarını təklif etdikləri rus əsgərlərinin sonadək ermənilərin arxasında dayanıb, onları qoruyacaqlarına əmindi? Yəni doğrudanmı, Zakaryan başda olmaqla, əksər ermənilər bütün bunların nə vaxtsa, rus hərbçilərinin “pisini” vuracağını qanmırdılar? Tarix boyu insan həmişə həyatda nail ola bilmədiyi amal uğrunda mübarizəyə can atır…daha küçədə qalmış erməni axçiləri üçün yox…

P.S: Ötən gün Ermənistanın baş nazirinin mətbuat katibi Mane Gevorqyan, Ermənistan və Türkiyə nümayəndələri arasında, hələlik, “heç bir əlaqə”nin olmadığını, lakin olarsa, İrəvanın Ankara ilə ən yüksək səviyyədə dialoqa hazır olduğunu bildirib.

Yeri gəlmişkən xatırladaq ki, bir müddət bundan əvvəl erməni baş nazir gürcüstanlı həmkarı ilə görüş zamanı Türkiyə lideri ilə görükmək üçün “minnətçi düşməsini” xahiş etmişdi. “İrəvan Today” saytı Nikolun, Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərdəki problemlərin aradan qalxacağına ümid etdiyini bildirib.

Ağasəf Babayev