Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

20 Sentyabr 2021 13:00 (UTC+04:00)

Ölkəmizdə qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri sentyabrın 20-də Bakı limanını tərk ediblər.