İsrail xarici turist qruplarının girişinə yenidən icazə verdi

20 Sentyabr 2021 06:47 (UTC+04:00)

İsrail xarici turist qruplarının ölkəyə yenidən daxil olmasına icazə verib.... bu barədə ölkənin Turizm nazirliyindən bildirib.

Qeyd edilir ki, qərar yalnız COVİV-19 virusu yayılmasında yüksək riskli olmayan ölkələrdən gələn turist qruplarına aiddir.

Xatırladaq ki, İsrail ötən ilin fevral ayının sonlarından turist qruplarının ölkəyə girişini dayandırmış, 2021-ci ilin may ayının sonunda isə girməsinə icazə vermişdir. Lakin ölkədə koronavirusa yoluxma hallarının kəskin artması səbəbindən bu icazə avqustun ortalarında məhdudlaşdırılmışdır.