La Liqa: "Real" "Valensiya"nı məğlub etdi

20 Sentyabr 2021 04:17 (UTC+04:00)

Futbol üzrə İspaniya çempionatının beşinci turunun oyununda "Real" Madrid səfərdə "Valensiya"nı məğlub edib. Qarşılaşma 2:1 hesabı ilə başa çatıb.

Qolları meydan sahibləri tərəfindən Uqo Duro (66-cı dəqiqə), qaliblər tərəfdən Vinisius Junior (86) və Benzema (88) vurublar.

Madrid klubu 5 turdan sonra İspaniya çempionatında 13 xalla liderdir. Valensiya 10 xalla üçüncüdür.

Növbəti turda "Real" Madrid evdə "Malyorka" ilə, "Sevilya" ilə səfərdə "Valensiya" ilə qarşılaşacaq. Hər iki görüş sentyabrın 22-də baş tutacaq.