“Başakşəhər” “Fənərbağça”nı məğlub edib

20 Sentyabr 2021 01:25 (UTC+04:00)

Sentyabrın 19-da futbol üzrə Türkiyə çempionatının V turu çərçivəsində "Başakşəhər" doğma meydanda "Fənərbağça"nı qəbul edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri rəqibinin qapısından iki cavabsız top keçirib. "Başakşəhər"in qollarını Stefano Okaka (16) və Fredrik Qulbrendsen (90+1) vurub.

Günün digər matçında "Qalatasaray" öz meydanında "Alanyaspor"a minimal hesabla uduzub - 0:1. "Hatayspor" isə doğma divarlar arasında "Kayserispor"u 1:0 hesabı ilə üstələyib. "Giresunspor" - "Konyaspor" matçında isə qapılara qol vurulmayıb - 0:0.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 13 xalla "Beşiktaş" başçılıq edir. Onunla eyni xal toplayan "Trabzonspor" ikinci, 11 xala malik olan "Konyaspor" isə üçüncü pillədə qərarlaşıb.