Belarusla ticarət dövriyyəmiz 200 milyon dolları ötüb

20 Sentyabr 2021 00:30 (UTC+04:00)

Cari ilin yanvar-avqust aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 209,5 milyon ABŞ dolları təşkil edib.
SİA bu barədə AZƏRTAC-ın Belarus Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata istinad edib

Səkkiz ayda Azərbaycandan Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən ölkəmizə idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.