Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib

19 Sentyabr 2021 17:32 (UTC+04:00)

Futbol üzrə Türkiyə millisinin yeni baş məşqçisi bəlli olub. SİA xəbər verir ki, Türkiyə Futbol Federasiyası Stefan Kuntzla anlaşıb.

Almaniyalı mütəxəssis bu postda Niderlanda görüşdə 1:6 hesablı məğlubiyyətdən sonra istefa verən Şenol Güneşi əvəzləyəcək.

Baş məşqçi ilə müqavilə sabah, 20 sentyabrda imzalanacaq.