Filippinli boksçu prezident olmaq istəyir

19 Sentyabr 2021 15:57 (UTC+04:00)

Bu gün Filippində Manni Pacquiao kimi tanınan sabiq boksçu ölkədə küçiriləcək 2022 -ci il seçkilərində prezidentliyə namizəd olacaq. Bu barədə “CNN Philippines” telekanalının Twitter səhifəsi məlumat yayılıb.

Xatırladaq ki, bütöv adı Emmanuel Dapidran Pacquiao olan boksçunun namizədliyini onun rəhbərlik etdiyi “Filippin Demokratik Partiyası - Xalq Gücü” fraksiyası rəsmən irəli sürüb.

Onu da xatırladaq ki, bir müddət əvvəl “Filippin Demokratik Partiyası - Xalqın Gücü” fraksiya üzvü senator Kristofer Bonq Qonu ölkə prezidentliyinə namizəd kimi irəli sürməyi təklif etmişdi, amma onun imtinasından sonra, indi meydan sabiq boksçu Manni Pacquiaoya qalıb.

Ağasəf