Məşhur futbolçu 82 yaşında vəfat edib FOTO

19 Sentyabr 2021 14:37 (UTC+04:00)

Futbol üzrə İngiltərə milli komandasının oyunçusu Cimmi Qrivz vəfat edib. Bu barədə "Tottenhem" klubunun mətbuat xidməti xəbər verir.

Məlumata görə, hücumçu ötən gecə 82 yaşında dünyasını dəyişib.

O, 1966-cı ilin dünya çempionu və 1968-ci ildə Avropa çempionatının bürünc mükafatçısıdır.

İngiltərə millisinin tərkibində 57 oyun keçirib, 44 qol vurub.