Türkiyə ordusu daha 10 PKK terrorçusunu məhv edib

19 Sentyabr 2021 14:24 (UTC+04:00)

Türkiyə ordusu PKK terrorçularının növbəti qrupunu zərərsizləşdirib. SİA-nın məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi xəbər verib.

Məlumata görə, PKK/YPG terrorçularının Suriyanın şimalında “Barış pınarı” əməliyyat bölgəsinə hücuma hazırlaşdığı müəyyənləşdirilib. Ordunun həyata keçirdiyi tədbirlər nəticəsində 10 terrorçu məhv edilib.

Terrorçulara qarşı əməliyyat davam edir.