Yaponiyada zəlzələ olub

19 Sentyabr 2021 14:10 (UTC+04:00)

Yaponiyanın Hönsü adasında 5 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Yaponiyanın meteoroloji idarəsi məlumat yayıb.

Yeraltı təkanların episentri Qifu prefekturasının şimalında yerləşir.

Zəlzələ 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və insan tələfatı barədə məlumat yoxdur.