Çində gəmi qəzasında ölənlərin sayı 10-a çatıb

19 Sentyabr 2021 13:25 (UTC+04:00)

Çinin cənub-şərqində yerləşən Quizhou əyalətində sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 10-a çatıb.

SİA xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, indiyə qədər 40 nəfər xilas edilib, daha 5 sərnişin isə hələ də itkin düşmüş sayılır. Axtarış-xilasetmə əməliyyatına 50-yə yaxın xilasetmə gəmisi və helikopter cəlb edilib.

Qeyd edək ki, ötən gün axşam saatlarında Zanqke çayında sərnişin gəmisi aşıb. İlkin məlumatlara görə, qəzaya səbəb gəminin həddindən artıq yüklənməsi olub.