Yeni Qvineyada güclü zəlzələ olub

19 Sentyabr 2021 09:35 (UTC+04:00)

Yeni Qvineya adasınn cənub-şərq hissəsində 5,6 bal gücündə zəlzələ baş verib.

SİA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Papua - Yeni Qvineyanın paytaxtı Port-Morsbi şəhərindən 143 kilometr cənub-şərqdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.