Bu ölkə son bir ayda qızıl ehtiyatını 9,3 ton artırıb

19 Sentyabr 2021 08:01 (UTC+04:00)

Özbəkistan son bir ayda qızıl ehtiyatını 9,3 ton artıraraq 376 tona çatıb.

Özbəkistan Mərkəzi Bankının mətbuat xidməti xəbər verir ki, sentyabrın 1-nə olan məlumata görə, son bir ayda ölkənin qızıl ehtiyatı valyuta ekvivalenti ilə 320.2 milyon artıb və 35,43 milyard dollara çatıb.

Məlumatda bildirilir ki, son aylarda Özbəkistanın qızıl ehtiyatı artmaqda davam edir.