Şəhərin yeni seçilmiş meri yol qəzasında ölüb

19 Sentyabr 2021 04:59 (UTC+04:00)

Bu yaxınlarda Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərinin meri seçilən siyasətçi Jolidi Matonqo yol qəzası nəticəsində ölüb.

Bu barədə "news24" yerli portalı xəbər verib.

Məlumata əsasən, qəza sentyabrın 18-də şəhər başçısının Yohanesburq ətrafında yerləşən Soueto şəhərində Afrika Milli Konqresi partiyasının seçki kampaniyasında iştirak etməsindən sonra baş veri

Orada o, Cənubi Afrika Respublikası Prezidenti Siril Ramafosanı müşayiət edib.