Azərbaycanlı rejissor Hollivudda film seçəcək

19 Sentyabr 2021 00:14 (UTC+04:00)

Kinorejissor Şamil Əliyev "10th Global Nonviolent" (Hollywood, California, USA) Beynəlxalq Film festivalında münsiflər heyətinin üzvü seçilib.

Qeyd edək ki, keçən il Şamil Əliyev bu festivalda “Çölçü” filminə görə ən yaxşı rejissor işi üçün mükafat almışdı.

COVID–19 pandemiyası ilə əlaqədar olaraq festival ikinci ildir ki, onlayn formatda keçirilir.

27 ölkədən müxtəlif janrlarda 44 film müsabiqəyə keçib ki, bunun da 11-i premyera nümayişi olaraq festivalda iştirak edir.

Qaliblərin siyahısı okyabrın 4-də video nümayiş vastəsi ilə elan olunacaq.