Britaniyada daha 30 min nəfərdə koronavirus aşkarlanıb

18 Sentyabr 2021 22:58 (UTC+04:00)

Böyük Britaniyada son sutka ərzində 30 144 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 7 400 739 nəfərə çatıb.

SİA APA-nın Britaniya müxbirinin verdiyi məlumata istinadən, bu barədə məlumatı ölkənin Səhiyyə Departamentinin yaydığını bildirir.

Son sutka ərzində 164 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 135 147 nəfərə çatıb.