"Qalatasaray" qadın futbol komandası yaratdı

18 Sentyabr 2021 22:08 (UTC+04:00)

Türkiyənin "Qalatasaray" klubu qadın futbol komandası yaradıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, yeni komandanın təqdimatı Qalatasaray Liseyində olub. Tədbirdə İstanbul təmsilçisinin prezidenti Burak Elmas da iştirak edib.

Qeyd edək ki, Türkiyənin 3 böyül klubundan yalnız "Beşiktaş"ın qadın futbol komandası var idi. Ötən ay "Fənərbaxça" da qadınlardan ibarət komanda yaradıb.